AVROPA ITTIFAQINDA BÖHRAN

Avropa Ittifaqında davam edən iqtisadi böhran bu birliyin parçalanmasına gətirib çıxarda bilər. Avropanın cənub dövlətlərinin (Yunanıstan, Portuqaliya, Ispaniya və İtaliya) daxilində olan işsizliyin yuxarı olması, milli gəlirin yox olma səviyyəsinə enməsi, bankların defolt vəziyyətə düşmələri ilə əlaqədar borcverən ölkələrin mərkəzi maliyyə mərkəzləri tərəfindən giddi islahatların keçirilməsi təzyiqi artmağa davam edir. İqtisadiyyatları nisbətən sağlam olan dövlətlər artıq öz kredit reytinqlərini təhlükə altına qoymamaq üçün İttifaqdan kıxmağıda özlərinə daha münasib görürlər. Kredit alan ölkələrin isə vətəndaşlarının öz sosialist rejiminlərinindən aldıqları müavinətlərdən imtina eləmək istəmirlər. Avropanı bürümüş maliyyə böhranı istər-istəməz Azərbaycan kimi ölkələrdə gedən proseslərədə diqqətin azalmasına səbəb ola bilər. Avropa dövlətlərinin büdgələrindəki xərclərin azaldılması müəyyən beynəlxalq insan hüquqları ilə məşğul olan dövlət idarələrinin bağlanmasına və işkilərin ixtisara salınmasına gətirib çıxarda bilər.

Advertisements
Uncategorized Kateqoriya: | Bir şərh yazın

ŞƏXSİ AZADLIQ VƏ ONUN CƏMİYYƏTDƏ ƏKSİ

Erik Börn Kanada psixoloqu olduğu üçün söylədiyi fikirlər daha çox inkişaf elədiyi ölkələrdə yaşayan insanları müşahidə eləməyin nəticəsi ola bilər. Bu ölkələrdə cəmiyyət fərdçiliyin üzərində qurulduğuna görə Əsas Qanunların xalqa verdiyi Azadlıqlardan kiminsə istifadə edib, sonradan ondan qazandığı nailiyyətlərin bəhrəsini ancaq özünə şamil eləməsi müəyyən müddətdən sonra həmin mühitdə bu gür insanlarının sayının azalmasına və mərkəzi hökümətin güglənməsi yenidən cəmiyyəti bəzi azadlıqlardan məhrum edəcək. Ona görə qərb ölkələrində artıq öz zəhməti ilə tanınan insanların yaratdiqları xeyirxahlıq fondları və təşkilatları dövlət məmurlarının xalqa bürokratik zülmünün (məsələn vercinin artırılması) qarşısını almaqla daha çox insanın onlara verilmış Azadlıqlardan səmərəli istifadə eləyib təşəbbüskar olmasına çalışırlar.

Azərbaycan kimi ölkələrdə şəxsiyyətin azadlığı olmayan yerdə bünövrəsi insanlara tam aydın olmayan milli, dini və sairə ideolociyaların xalqın şüurunun zəif olmasından istifadə edib naməlum istiqamətə yönəldir. Şəxsi Azadlıq və insanları birləşdirən amillər ancaq bütün cəmiyyəti birləşdirə bilər. Ona görə birinci növbədə fərdi maraqlar – şəxsi mülkiyyətin toxunulmamazlığı, şəxsiyyətin həyatının təhlükədə olmaması əgər digərlərinə təhlükə yaratmırsa, şəxsiyyətin azad düşünməsi və qərar verə bilməsi, səs vermə hüququnun pozulmaması, şəxsi əmlakını almaq, satmaq dövlətin maneəçiliyi olmadan və sairə. Hər bir insan birinci Azadlığın şəxsən özü üçün nədən ibarət olduğunu dərk eləməsə və biz hər hansı ideolociyanı götürüb onun əsasında şəxsi azadlqları nəzərə almadan şüarlar söyləməyi divam etsək heç bir insan bundan mənfəətlənə bilməyəcək. Ona görə qanunsuzluq hökm sürən ölkələrdə əgər kimsə öz maddi Azadlığını təmin etmək üçün  cəngəllik qaydalarını tətbiqi ilə nə isə qazanırsa, onların bu Azadlıqlarının hamı ilə bölüşdürməməsi və yaxud hamı üçün tələb eləməməsində qeyri adi heçnə yoxdur.

 

Uncategorized Kateqoriya: | Bir şərh yazın

TƏHLÜKƏSİZLİK KAMERALARI BİZNES XİDMƏTİNDƏ

Böyük dükanlarda malların satışı zəifləməsinə səbəb bu dükanların müdiyiyyətinin ancaq gündəlik  iş cavabdehliklərini yetirməkdən irəli gəlir. Əgər fikir vermisinizsə iqtisadi vəziyyətin ağırlaşmasından bu gür iri parakəndə satış mağazalarında bəzən hər hansı malı tapmağa  kömək üçün çox vaxt bir işki tapmaq mümkün olmur. İstər-istəməz kiçik bir əşyanı tapmaq üçün çoxlu vaxt itirməli olursan. Eyni vaxtda mağazanın hər tərəfinə qoyulmuş kameralar ancaq təhlükəsizlik üçün istifadə edilir.

Bu böyük mağazaların direktorları ucdan tutma işləyənlərin sayını azaltmaqla biznes xərclərini qoruyub saxlamaq və əvəzində müştəriyə olan xidməti salmaq əvəzinə texnolociyadan səmərəli istifadə eləməyi bacarsalar, onda indiki iqtisadi böhran vəziyyətində şirkətlərinə daha çox mənfəət gətirə bilərlər. Yuxarıda qeyd elədiyim təhlükəsizlik kameralarını nəinki mal oğurluğunun qarşını almaq üçün həmdə bir balaca mükəmməlləşdirməklə müstərilər haqda məlumatda yığmağ olar.

Məsələn, bu gür kameralar müştərilərin mağazanın hansı şöbəsinə daha çox bazarlığ eləmələrini, həmin vaxtlarda nə qədər işkinin ətrafda olmasını, nə qədər alıcının vaxtında istənilən malı tapmadığına görə əliboş dükanı tərk eləməsini və sairə statistik məlumatı  yığa bilər. Bu gür qiymətli faktların gündəlik, həftəlik və aylıq təhlili müdriyyətə inkan verəcək ki, işin keyfiyyətini qaldirsın, işkilərin sayını müştərilərin tələbatı ilə tənzimləsin, alıcıların istədikləri malları tez tapıb vaxtlarını əlavə itirməsinlər. Beləliklə, şirkət öz satış hədəfinə nail olmaqla həm sahibçarlara və həmdə isçilərinə ardıcıl artan gəlir gətirə bilər.

Bu deyilənlərə nail olmaq üçün, sözsüz azad düşüncənin və təşəbbüskarlığın böyük əhəmiyyəti vardır. Texniki xərclərin bir növ sərmayə kimi qəbul olunması və sahibkarlar üçün müəyyən vaxtdan özünü doğrulda biləyəcəyinə inamın və əmin olmaları vacib psixi amildir. Hər bir biznesdə cəsarətin olması və təzə fikirlərin sınaqdan keçirilməsi insanlara olan xidmətlərdə tərəqqinin olmasına təkan verir. Ümüd eləyək ki, tezliklə pərakəndə satış dükanları öz işkilərini dahada diqqətli olmağa və hər hansı keyfiyyəti yüksəldən ideyalara görə mükafatlandıracaqla yanaşı onun həyata keçməsini bilavasitə iştirakina həvəsləndirəcək.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

BAŞDAŞ VƏ YAXUD İTTİFAQ NƏZƏRİYYƏSİ

“Bilmirsən, Mübarəkin abidəsi yerindədirmi?”

“Bəli, yerindədir. Harda olacaq ki? Özüdə oturmuş vəziyyətdədir”

“Oturmuş, ha. Elə Misirdə otuzdurublar, bəlkədə bir azdan yatızdlrdılar əbədi. Asan iş deyil, gör neçə illərdir Xalqı üçün ürəkdən çalışıb, hətta qoymuyub ki insanlar əziyyət kəçib zehinlərini çalışdırsınlar”

“Yaxşı oldu, bu parkı bizim şəhərdə saldılar. Sabah, bu Ərəb qasırğasıdı ya sunamisidir keçib gedəndə….. Deyirlər, bu qasırğa Katrina kimi çox dağıdıcı olmayacaq. Bilmirəm nə üçün, amma mən hava xəbərlərinə baxanda aparıcı təşvışlə bu haqda danışırdı?”

“Mümkün deyil. Ola bilər eyni hadisələri o qədər çalışıblar yozmağa sən mürgüləmisən və qulağların birini eşidib, gözlərinidə hərdən açıb qırpmısan”

“Hə, nə deyirdim. Bu yel əsib keçəndən sonra…………… Bizdədə elə bu Bakı küləklər şəhəridir. Elədə əsir, belədə. Amma nəsə bu bayrağdan başqa heç nə uçmur? Bəlkə çərpələng şənlikləri keçirtsinlər, uşaqlarda sevinər. Yoxsa, Əfqanıstandakı o uşağlar kimi ildə bir dəfə, olar-olmaz.”

“Onsuzda ölkəmizin dünyada nüfuzunu qaldırmaq üçün təzə bir bayram axtarırıq. Sən sözünü de, dövlətin işlərinə nə üçün qarışırsan? Pul ollarda, güg ollarda, qərarıda verərlər”

“Qoymarsan, fikrimi tamamlıyım. Bu ədalətsizlikdir. Dünyada bir azdan bu diktatorlar qırmızı kitaba düşəgək, bu sayı artan açıq ölkələr……. Bilmirəm, nələri açıqdır. Bir kağız parçasınıda – vizanıda vermək istəmirlər. Ümumiyyətlə, nə istəyirlər bizim milli diktatorlardan. Əgər istəmirlərsə, üzlərinə desinlərdə. Yoxsa biri əlini öpür, o birisi seçki kampaniyasına nəğd pul istəyir, digəri deyir gəl sənin maliyyə hesablarına mən baxım. Çox qəlizdir….”

“Ayıbdır, sənə. Gör hansı şailərə inanırsan. Qırmızı kitab… Hələki təbii sərvətlərimiz var, biz yaşıl kitabda olacayıq. Bəlkə ehtiyatlarımız tükənənəcən artıq yaşıl energimizdə olsun. Gördün İrandada Xalq yaşıl bayrağ qaldırmışdırlar, amma nəsə höküməti qane eləmədi.”

“Olsun yaşıl. Yam-yaşıl. Amma bu diktatorların arasında gərək bir ittifaq olmalıdır kı, çəmənlikdə itib batmasınlar. Müvəqqətidə olsa, məsələn Stalinlə Hitlər kimi. Ən yaxşısi Səudi Ərəbistanı ilə Bəhrein kimi. Bir nəfərdə gözünün üstə qaşın var deyə bilmədi”

“Yaxşı, ay ittifaqkı, de görüm bu qüdrətli Faraonun parkının və abidəsinin Bakıda olmasının nə isti, soyuğu. Birdə, sənin bu dediyin ittifaqçılıq bizdə olan demokratiya kimi hava ilə dolanmır. Ittifaqın şərtləri daha konkretdir və ciddidir. Azad bazarda kimi, hər şey alınıb və satılır. Milli və maddi marağların hər birinin öz qiyməti var.”

“Faraonun Misir kimi qədim mədəniyyəti olan yerdən olması diktatorlar üçün rəmzidir. Sabah təzə ittifaqın nümayəndələri sitayış eləmək üçün yer arayanda Mübarək kimi cəfakeş adam taparlar? Düzdür onun üçün bu bütpərəstliyin elə bir əhəmiyyəti olmayacaq, amma Diktatorlar üçün Mübarəkin heykəli məsələn Amerikanlı üçün Azadlıq heykəlinın olması kimidir”

“Sənin bu dediklərin doğrudanda dərin məna daşıyır. Mən Mübarəkin abidəsinin yerində olub olmadığını başqa səbəbə görə soruşurdum. Bildiyin kimi, Mübarəkin özünü və ailəsini bütün var-dövlətlərini Xalqa bəxş edirlər ‘könüllü’, düzdur əvvəl özləri bəxşış, rüşvət yox, yığırdılar. Bir sözlə, təmiz müflüsləşiblər. Indi bu gün sabah bu yekəlikdə faraon yıxılıb ölsə bəs indi ona bir ailə ikində, bəlkə sən dediyin ittifaqçı diktatorların iştirakı ilə, bir balaca sanballı dəfn eləmək lazımdır. Böyük Faraounun ailəsi bizim kiçik faraonun ailəsindən Mübarəkin abidəsini istəyiblər, başdaşı kimi. Çox təəssüf məqbərə tikmək nəsib olmayacaq, amma Azərbaycan tərəfdən Mübarəkin dəfninə çox yerinə düşmüş hədiyyə olar”

“Bir dəqiqə. Nə boş-boş danışırsan? Baş-daş…… Bu gür tarixi abidəni elə-belə vermək olar. Hər halda onun memarlığına nə qədər əziyyətli iş gedib. Çox nadir incəsənət əsəridir. Bəlkədə dünyanın heç yerində beləsi yoxdur. Heç bizimkinə belə başdaş quran olmayıb. Axı..”

“Saxlaaaa. Nə sarsaqlayırsan. Kimə başdaş? Cikəklənən və iri addımlarla irəliyən Vətənimizin rəhbərliyinə? Kim dedi, abidəni elə-belə verirlər. Sadəcə Misir höküməti üçün bu ən ucuz və az maliiyə tələb edən seçimidir. Artıq abidə və onun yerləşdiyi torpağı daha yaxşı qiymətə bazara qoyublar. Hər halda əmlakı alan özünü xoşbəxt hiss edir ki, hamının beynini xarab edəcək. Səndə deyirsən havayı. Dedim axı, diktatorların ittifaqı hansı dünyada olmasından asılı olmayaraq maddi dəyərlərə söykənir”

Uncategorized Kateqoriya: | Bir şərh yazın

‘İSİNMƏDİK İSTİSİNƏ, KOR OLDUĞ TÜSTÜSÜNƏ’

Keçən il Yer kürəsində hər 4 adamdan biri rüşvət verib, ayrı sözlə əhalinin 25 faizi. Rüşvət vermə hər il bizim yaşayışımıa trillion dollar zərər vurur. Sözsüz vəziyyətin bu gür gərgin olması bizim gündəlik qayğılarımızın yanında qlobal istiləşməni xatırladır. O isinməyi bilmirəm, amma rüşvətə isinməyimiz bizim Xalqımızı təmiz məzlum edib.

http://www.transparency.org/policy_research/surveys_indices/cpi/2010/results

Indiki qanunlara görə həm rüşvət verən və həmdə rüşvət alan yaxalansa(düzdür, çox nadir hallarda) ikisidə cəzalanır. Başqa sözlə, dövlət adamının rüşvət verəni şantaj eləmək üçün həmışə əlində dəlili var. Ona görə korrupsiyanın qarşısının alınması qeyri-mümkündür. Hamı cinayətçardır və iqtisadiyyatın böyük faizi bu sistemin təməlinə söykənib.

Əgər qanunları dəyışıb ancaq rüşvət götürəni, başda ölkənin ‘rəhbərliyi’ olmaq şərti ilə, məsuliyyət daşımağa məcbur eləsək onda vəziyyət tamamilə başqa gür olar. Məsələn, indiki şəraitdə rüşvət verən qorxusundan və özüdə iştirakçı olduğu üçün gedib heç bir məhkəməyə şıkayət eləməyəcək. Amma, qanunları dəyışəndən sonra hətta rüşvəti verən narahat olmadan rüşvətini verəndən sonra gedib şıkayətini eləyə bilər. Rüşvəti alanda biləndə ki, yaxalansa cəzanı rüşvət verənlə bölüşdürməyib, əksinə iki qat cərimə ödəyəcək, onda onun bu riskə getməyə həvəsi azalacaq.

Biz bir Xalq kimi daxildə və xaricdə nüfuzumuzu rüşvət alan və  ‘bəxşış’in bizim mədəniyyətimizin bir hissəsi kimi tanıtdırmışıq. Əgər hər bir insan bizə ləkə gətirən bu damğadan yaxa qurtarmaqla yanaşı öz Azadlığımızıda qazanmaq istəyırsə onda korrupsioner rejimin dağıtmaq üçün gərək müəyyən müddətə rüşvət verməyi dayandırsınlar ki, ‘dövlətin’ bu çirkin iqtisadi dayağı sınsın. Biz öyrəşdiyimiz  iyrənc rahatçılığı pozmaq üçün bu addımı atmağa hazırıqmı?

Ərəb Azadlıq İnqilab küləyi Bakı küləyi kimi boş-boşuna əsmir. Bu küləyin içində insanların arzusunda olduğu dəyərlər var. Əgər rüşvət vermə adətimizi tərqizmək bizə çox əzablı deyilsə, bəlkədə o biri insani dəyərlərimizidə (ləyaqət, vicdan, mənlik və sairə) tez bir zamanda bərpa eləmış olarıq.

Uncategorized Kateqoriya: | ilə etiketləndi | Bir şərh yazın

AZADLIQ DÜSTURU

Azərbaycanda qorxu və vahimə hissi bir növ süni də olsa ölkədə ‘tarazliq’ yaradıb. Hər bir riyazi tənliyin həlli üşün bir düsturu olduğu kimi, bizim cəmiyyətində bu gür müdhış rəzalətinin çözümü olmasi gərəkdir.

Hətta 19-ci əsrdə köləliyə qarşi mübarizələr baş verəndə, cəmiyyətlərdə olan bərabərsizliyi nizamlamaq üchün insanın Azadlıq dəyərlərinə xas olmayan ünsürlər və amillər aradan qaldırılmalıydı ki, Xalqların inkişaf və tərəqqisi səngiməsin. Əgər hakim qüvvələr ictimai təzyiq altında gündəlik işləyən qanunların hətta dini kitablardada qeyd olunmuş bəşəri əsaslara olan ziddiyyətlərini aradan qaldırmasaydılar, indi biz məzlumlar təkamülümüzün bu günçü nailiyyətlərindən bəhrələnə bilməzdik.

Bizim ölkədə məlum amillər – qorxu, hərislik, biganəlik, yaltaqlıq, rüşvətxorluq, köləlik və itaətkarliq öz naməlum əmsal dərəcələrinə bağlidir. Riyazatda hər bir məsələnin həlli üçhün müəyyən bir düsturlar var və bu düsturlari hec kim təzədən kəşf eləmir, sadəjə naməlumları müəyyən eləməklə mənfi ünsürlər aradan qaldırılır və nəticələrin düzgün alınması  mükəmməlləşdiririlir.

İnsan həyatı bir məcara olduğu ücün, doğulandan süquta qədər nəyəsə nail olmalıdir. Bizim indiki cəmiyyətdə isə yuxarida sadalanan amillər üstünlük təşkil elədiyi ücün ‘hakimiyyət’ hökm sürən acizlikdən istifadə edərək öz vətəndaşlarini alçaldir və onlarin təkamülü ücün tələb olunan qürur və ləyaqət hisslərini məhv eləməyə davam edir.

Bu görsənməyən ‘tarazliği’ pozmadan və milləti daha ağir aqibətə dücar eləmədən bu məsələni həll eləmək olarmi?  Məsələn, qorxu hissini azaltmaqla istər-istəməz insanlarda cəsarəti gügləndirəcək və əks təqdirdə ‘hakimiyyəti’ zorla işğal edənlərdə qorxu artmaği ilə xalq qarsininda nə qədər aciz olduqları əvvəlki ‘quyruq bulamağ cəsarətlərini’  əvəz eləməsi mümkündürmü?

Beyinlərdə olan köləlik şüurunu yaradan tilsim sınsa Azad düşünmək birdən asanlaşar  və ‘hakimiyyətdə’ olanların əslində xalqın qulu olması və iradəsini həyata kecirməkdən bashqa hec bir azadliqi və imtiyazları olmaması gergəkləşər.  Sözsüz, Azərbaycan millətini tələyə salmiş bu tənlik əmin amanliqla həll olunmasa itaətkarliğin itaətsizliklə əvəz olmasına zəruriyyətin güglənməsi  insanlarda fisiki qarşidurmaya gətirəgək, ləyaqətlərini bərpa eləmək üçün fərdi toxunulmazlıqlar güglənəcək  və hüquqi bəraət almamiş ‘hakimiyyət’ öz xalqınin gügü qarşişında itaət və, bəlkədə öz mənəviyyatsızlıqlarını bir daha biruzə vermək üçün xalqa sitayiş eləyib ədalətli məhkəmə hüququndan istifadə eləməyə icazə istəyəcəklər ki, açıq cəmiyyətdə ümüdsüz qalmasınlar.

Biz hər gün dünya ətrafinda bu gür ‘həlli olmayan’ məsələlərin öz həllini tapilmasınin şahidi oluruq və qibtə ilə müşahidə edirik. Bu tarix boyu formasından, millətindən, dinindən, irqindən asılı olmayaraq Azadlıq oyunçuları eyni düsturu müxtəlif tənliklərə tətbiq eləməklə  İnsan dəyərlərinə zidd olan amillərdən özlərini azad ediblər.

Bu bizim üçun bir yuxu olsada, bəlkəde çin çıxdı.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

AZƏRBAYCAN XALQININ İRADƏSİ VƏ GƏNGLƏRİN TƏŞƏBBÜSKARLIĞI

Xarici hadisələrin çoxu bizim iradəmizdən kənardadır və bizim taleyimizin müəyyənləşdirməsinə təsir edir, və biz çox vaxt baş verən hadisələri səssizcə və ehtirassız qəbul edirik. İntəhası fiziki şəxslər kimi biz eyni zamanda öz hərəkətlərimizə görə məsuliyyətdə daşıyırıq. Biz gördüyümüz tədbirləri ciddi mütəşəkkilliklə təhlil  və nəzarət altında saxlamaq qabiliyyəttinə malikıq. Bizim düçar olduğumuz məşəqqətlərin bir hissəsi idarəolunmayan amilləri nəzarət eləməyə  çalışmağımızdan irəli gəlir, və yaxud öz ixtiyarımızda olan imkanlara məhəl qoymamazlıqdandır. Hər bir şəxs bir fərd kimi özünün xoşbəxtliyini təmin eləməklə digər insanlara qayğı göstərə bilsəydi, bu gün biz müvəffəqiyyətsizliklərimizin çoxunu hansısa naməlum konspirasiya nəzəriyyələri ilə yozmazdığ.

Axırıncı aylarda dünyada baş verən hadisələrdə istər-istəməz Azərbaycanda insanların fikirlərini bəlli olmayan duruma yönəltdi. Məsəl var, ayağının altindakı daşı görmürsənsə hər hansı qeyri-adi qüvvələrin dünyamızda baş verən hadisələri idarə etməsinin mövcudluği ilə rahatsız olma. Bu ilin başlaması ilə, Ərəb ölkələrində Xalqların Azadlıq inqilablarını vüsət almağa başladı. Bu inqilabların kökündə duran və Azərbaycanda hər bir insana xas olan  ictimai-iqtisadi amilləri özümüzə daxildə qəbul eləmək əvəzinə, biz euphoriyaya düşdük və hadisələrin cərəyan eləməsinə təsir edən praktik addımları tətbiq eləməyi dayandırdıq.

Cabbarın, Bəxtiyarın və digər igid gənglərimizin etiraz olaraq Azərbaycandakı yaramaz rejimə qarşı atdıqları şəxsi addımlar, və Mart 11 və ondan qabağ gənglərin vərəqələr yaymaqları və bir dəfə divarlarda qraffiti kəçməklərindən sonra təşəbbüskarlıq durğunluğla əvəz olundu. ABŞ səfiri Brayzanın Azad Fikir təhsil mərkəzindəki insan haqları və demokratik dəyərlər vacibliyi haqda ‘odlu-alovlu’ cıxışı nə qədər cazibədar görünsədə, Amerikanın milli maraqlarında bu gənglərin ‘ başının altına yastıq qoymaq’ vasitəsi idi. Sonradan bu adamın böyük təntənə ilə Feysbuk səhifəsini iqtidar yönümlü İrəli təşkilatının qərargahında acılmasını qeyd etdi. Əgər həqiqətən bizim Xalqın Azadlıq diləklərinin həyata keçməsi hər hansı xarici ölkənin nümayəndəsinin özünü indiki ‘hakimiyyətin’ münasibətdə ‘yaxşı polis’ kimi qələmə verməsindən asılıdırsa, onda sual verilə bilər ki, hansı səbəbdən birdən birə neçə illərdir Xalqı vətəndaş cəmiyyətinin inkişafında təmkinli olmağa çağıran Brayza birdən-birə özünü cəfakeş kimi qələmə verməyə calışır.

Bəzi gənglər öz Azadlıq mübarizələrini bloq yaratmaqla, bəziləri feysbukda yazmağla, digərləri daha müxtəlif yaradıcılıq üsullarına əl atırlar. Sadəcə biz gəng nəslin zehin imkanlarına müşahidə etsək görəgəyik ki, onların insanlar üçün icad edilmış axırıncı informasiya texnologiyalarından səmərəli istifadə eləmələri heç də açıq cəmiyyətlərdə yaşayanlardan geri qalmır və hətta bəzi sahələrdə üstələyədə bilir. Bütün bu deyilənləri nəzərə alarağ, biz qətiyyətlə deyə bilərik ki, Insan Azadlığının və Hüquqlarının və hər hansı Demokratic dəyərlərində Azərbaycan Xalqı tərəfindən qondurma səbəblərə görə  yaxın müddətdə qəbul edilə bilməməzliyi və bəzi xarici ‘ziyaliların’, dövlət nümayəndələri daxil olmaqla, Xalqımızı səbrli olmağa, ömürlərinin qalan hissəsinidə kölə kimi yaşhayıb övladlarının nə vaxtsa bu yaramaz rejimin rəhminə gəlməsinə inandırmaqları qərəzkarlıqdır.

Uncategorized Kateqoriya: | Bir şərh yazın