BƏXTİYARIN AZAD ÜRƏYİ

Bədənində olan ağrılarin şiddətinin səbəbinə tez-tez huşunu itirdiyi üçhün Bəxtiyar nə qədər vaxt keçdiyini müəyyənləşdirə bilmirdi. Bu nəmişlikdən divarlari kif basmış və saralmış zindanin hansi polis bölməsinin ve dövlət idarəsinə məxsus olmasi onun üçhün elə bir fərq eləmirdi.

Axir zamanlar onun fəal olmasinı izləyən ‘dövlət’ xəfiyyələrinin diqqətini cəlb eləməsi, dinc nümayişin təşkilatçilarinin nə sıxıntilara və cəzalara  məruz qalacağina qabağcadan hiss edirdi. Əvvllərdə onun  ‘hakim’ orqanlar tərəfindən saxlanilmasi bir növ adi hala çevrildiyi üçün o bilirdi ki, rəsmi vəzifələrindən başqa qarətlə yığdiği var-dövlətlərinin üstündə əsən ‘dövlət’ məmurlari öz sahiblərinin ehtiraslari qane etmək üçün istənilən əxlaqsız vasitələrdən istifadə edə bilərlər.

Özünün və həmvətənlərinin Azadliğinin həyata keçirilməsi arzusu onu rahat buraxmirdi. O bilirdi ki, insan həyata bir dəfə gəldiyi üçün, ömrü boyu boğazinda ‘buxovla’ yaşamağin mənasi yoxdur.

Hindistanin Azadliğinin esasini qoyan Qandinin dinc nümayiş təşkil eləmək qabiliyyəti onu həmişə cəlb eləmişdi. Qandinin bütün insanlara arzu etdiyi Azadliq ruhunun zor gügü ilə yox, daha çox dinc həmrəylik yolu ilə nail olmasi Bəxtiyara həyatda Azadliq nəfəsinin dərindən almasina ehtiyaci daha da gügləndirmişdi.

Qarşida gələn yaz (Novruz) bayramı ərəfəsində xalqinin bu milli günü bütün dünyani bürümüş Azadliq ehval-ruhiyyəsindən pay düşməsi cox gözəl hədiyyə olardi. Baş verəcək hadisələrin hər an Azərbaycandada püskürə biləcəyini artiq hami hiss edirdi.

Millətə qarşi zor işlətməyə məcbur olan ‘təhlükəzlik’ qüvvələrinin bu ‘vəzifələrini’ canla-başla yerinə yetirmələrinə baxmayaraq, Bəxtiyar onlarında sadə insan və ailəli olduqlarini anlayirdi. Ancaq bütün bu eybəcər sistem bir piramidaya bənzədiyi ücün və dayağlarin yerindən oynadiği zaman xalqin əziləcəyi onu rahat buraxmirdi.

Xəyalindan kecən bu fikirləri yadina saldiqca onu artiq bu gördüyü işdə ölüm təhlükəsidə susdura bilməzdi. Birdən sağ tərəfdən ona dəyən ağir dəmir zərbəsindən səksənib gözlərini açib polis zabitinin üzünə gülümsədi.

Polis işkisinin əlindəki ağir ‘beysbol’ dəmirini qaldırib ona birdə vurmağ istəyəndə Bəxtiyar ondan bu idman avadanliğinin hansi ölkədən gəldiyini zəif səslə partlamiş dodaqlarinin ağrisina dözərək soruşdu. Polis onun bu sualinin özünə qarşi ələ-salmaq kimi qəbul edib dəmir parçasini bütün ağirliği ilə onun ayağlarina endirdi.

Bəxtiyarin üzündəki iztirabli ağrilarin kəskinliyi boynunun şişmiş damarlarindanda hiss olunurdu. Ancaq fikrini tamamlamaq üçün göz pərdələrini zorla qaldirıb pıcıltı ilə beysbolun Amerikan idman növü olduğunu, ağır dəmirin topu vurmağ üçün istifadə olunmasini deyərkən boğasindan xırıltılı gülməyə oxşar səs gəldi: “Amerikan xalqi bilsəydi ki, Quantonomodan başqa daha hansı Amerikan mədıniyyəti ilə yaradilmış idman avadanliği ilə də insanlara işgəncə vermək olarmış.”

Qarşisindakinin səbrinin tükənib bir də dəmiri qaldiranda, Bəxtiyar özündən asili olmayaraq ağridan gözlərindən gələn yaşlarin arxasindan ondan ailəsinin və övladlarinin olmasini soruşdu. Zabitin ona toxunulacaq belə bir sualin verilməsindən duruxsada eyni zamanda soyuqqanliğini itirməmək üçün əlini qayışinin üstündə yerləşmiş qobura atib silahini çixartdi.

“Sən məni ələ salmağin bəs deyil, hələ bir ailəmə sataşmaq istəyirsən. Mən sənin başınıda kəsərəm, heç ufda demərəm. Sən düşünürsən sənin bu cılız həyatin kiməsə lazımdir. Nə Azadliq aşiqi olmusan, sənin ağlin gedib öz Amerikana, niyə qaxilib qalmirdin orda? Səs küy salmısiz, demorkratiya belə oldu elə oldu, nefti alirda Amerika, niyə sənin kimisini göndərib ara qatır. Sənin kimisinə görə indi yuxarida olanlarda məcbur rüşvətə qarşi mübarizə aparanda, elə bilirsən bizim üçün yaxşi olur. Qoymassiz nəfəs alaq, başa düş öz havalanmış qafanla, biz artiq buna öyrəşmişiq.”

Bəxtiyar əlini qaldirib onun əlindəki silahin lüləsini ehtiyatla ürəyinin başina yaxinlaşdirdi. Sonra söylədiyi sözlər artiq onun sarsılmış vügudunun bütün qüvvəsinə ehtiyac duyurdu. “Sən əgər fikirləşirsən ki, sağ qalmaq  intuisasi ilə yaşamaq bizə layiqdirsə, onda bizim heyvandan fərqimiz nədir? Sən əgər özünü və ailəni insanliq hüquqlarindan məhrum olmasini təbii sayirsansa, onda o tətiyi kəç və məni sənin ücün qorxulu olan ayri canli növ kimi məhv elə. ‘Olum, ya ölüm’ mənim şəxsi və xalqin Azadliği üçün nə qədər mühümdürsə, bəlkədə sənin üçün mənim mövcud olmamağim daha sərfəlidir. Kəc tətiyi, boşalt güllələri vücudima və qoy hirsin soyusun!”

Polisin əllərinin əsərək qorxa-qorxa silahi Bəxtiyarin köksündən uzaqlaşdirib zəhərli bir ilan kimi qirağa atib, dərindən nəfəs alıb soyuq tərin alnini basmasi ilə onu birdən əsəbi ağlamağ tutdu. Birdən-birə öz ləyaqətinin və şərəfinin bu alçaq rejim tərəfindən alçaldilmasini oz emosiyasinda hiss eləməye başladi. Özünün tilsimdən çıxmış kimi zindanda nə etdiyini, və qarşisindaki bu gəngin niyə qan içində olduğunu dərk eləməyə çalışdi. Doğrudanda, Azadliq bu qədər şirindir ki, Bəxtiyar və onun kimi cavanlar özlərinin həyatlarini qurban verməyə hazirdirlar.

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma