CABBARIN ƏQİDƏSİ

Artıq neçə gün idi ki, Cabbar öz doğma məktəbinin qarşısinda müşahıdə edirdi. Artiq iki ildən artıq vaxt ərzində, onu narahat edən bəzi məsələlər dinc qoymurdu. Onun uşaqlıqda bir yerdə böyümüşh və orta məktəb illərini bir yerdə təhsil almiş iki dostunun ağ zəhərə qurşanması və ailələrini dolandirmaqla birgə özlərinində daxıli tələbatlarını doydura bilməq üçün bu zəhəri başqa yeniyetmələrə satmaqlari əvvəl-axır onları məhv eləyəgəklərəni dərk edirdi.

Sözsüz məktəblərdə narkotikin açıq şəkildə tələbələrə paylanmasına direktorun göz yunması onda uzun müddətdır şübhə yaratmışdır. O hətta dostlarından gördükləri bu işə nə qədər nifrət etdiklərini dəfələrlə eşitmişdi.

Cabbar onların danışıqlarına diqqətlə dinləyəndən sonra, özüdə dostlarınin xilasi üçhün çarə tapmaqa çalışmışdı. Amma artıq bu satış şəbəkəsində piyada rolunu oynadıqları üçhün və direktorun hədə-qorxuları onları asılı vəziyyətə salmışdır.

Bu yaradılmış sistəmdə müxtəlif nazirliklərin payları olduğu halda, ali məktəblərdən tutmuş ibtidai siniflərə qədər bütün müdiriyyətlərə çox ‘cüzi’ miqdar gəlib çatirdı. Nisbətən az olsada beş rəqəmli aylıq gəlir onların gözlərini doydurmurdu.

Uşaqların boynuna düşən öhdəlik isə aydan-aya artır, özlərinə qalan gəlir isə heç ehtiraslarinida qapamırdı. Bir neçə il bundan əvvəl bu zəhrimara qurşanmaları onları indi əl-ayaqlarəı bağlı asılı vəziyyətə salmişdı.

Cabbar isə dostlarinı bu mütəşəkkil cinayətə birləşdirən rabitənin hansi vasitələrlə işləməsini artıq dərindən bilirdi. Onları düşdukləri tələdən çıxartmaq böyük cəsarət tələb edirdi.

Azərbaycanin narkotik koridoru kimi istifadə olunması hamiya məlum olsada, ‘dövlət’ inhisarı və adları kəçilməyən “rütbəli şəxslərin” himayəçiliyi öz millətinə nifrət edənlərə milyardlarla xeyir gətirən sahə hətta İnterpolda girişə bilmirdi. ‘Hakimiyyətin’ bu təşkilatda ki nümayəndəsi öz adamlari olduğuna görə Cabbarin ümüdü xarici səfirliklərin nəzdində olan və yaxud Qərbin təzyiqi ilə yaradilmış ictimai mərkəzlər idi.

Onları ifadə vərmək uçün razi salmaq Cabbardan inadkarlıq teləb edirdi. Ağlina gəlmirdi ki, onun maraq göstərməyini və dostlarini azda olsa razi sala bilməsi artiq onlarin sadəlövhlüyünə görə mafiyanin aşaği rütbəli nəzaretçilərin diqqetini cəlb eləmişdir.

Nazirliklərin işkilərinin böyuk qismi vəzifə və məsuliyyətləri ilə yox, “dövlət” sahibkarlarinin əmrlərini yetirdikləri üçün ölkədə artiq kirkin yolla pul qazanmaq daha mütəşəkkil təşkil olunmuşdu neinki insanlara tələb olunan xidmətlər. Sərhəd rayonlarinda qaz və elektrik olmasada, yaz gələndə aran torpağlari sel aparanda yardim olmasada ağ tozun paylaşdirilmasinda fasilə olmurdu.

Təzəlikcə əldə etdiyi digital foto aparati və çipin yaddaşi onda özünə etimadi qaldirmişdi. Böyük zəhmətlə topladiği məlumatlari artiq inandiği xarici dostu vasitəsi ilə bir surətini elektron poçtla ona göndermiş, eyni nüsxesinidə internetdə olan pullu xidmət serverin hafizəsinə yerleşdirmişdir.

Yeganə dostlarinin şifahi ifadələri yiğilmiş kompromatlari tamamliyırdi. Təəssüf ki, uşaqlarin başina gələgək bədbəxt hadisə gözlənilməz oldu.

Səhərisi ayağla universitetə gedərkən həmişhə kimi qisa dalğada Azadlıq radiosuna qulaq asarken, xəbərlər iki cavanin özlərinə sui-qəsd edərək həyatlarini facieli bitirdiklərini söylədi. Cabbar hər gün bu gür hadisələrin bir normalliqa çevrildiyi ücün, bu quraşdirdiği işdə nəyəsə nail olacagina, məktəblilərin həyatina qisaldan keyfiyyətsiz və tərkibində kimyəvi maddələrlə doldurulmuş narkotikin qarşisini alacağina inami ilə toxtaxliq verirdi.

Ondan orta məktəbdə oxumuş bəzi sinif yoldaşlari universitətin girişində toplaşib ne haqdasa sakit səslə danişirdilar. Onun yaxinlaşmasini görəndə biri ayrılib ona yaxınlaşdi və kədərlə baş vermiş hadisənin təfsilatini danişdi.

Cabbar daxildən iztirab keçirsədə, zehnində iki dostunun aqibətinin necə olduğunu təsəvvür etdi. Onlarin qaninda yuxari doza kokain ve heroinin olmasi onda şübhəni artırdi. Dostlarinin artiq dozada güglü narkotik qəbul elemələri ağlasiğmaz idi.

Əgər onlari qətlə yetiriblərsə, onunda aradan götürülmə plani artiq nəzərə alinib. Cabbar əvvəlcədən işlərini ehtiyatli qursada, ikərisində olan təlatüm və intiqam hissi onun fikirlərini qarişdirirdi.

O heç bir zahiri həyəcan göstərmədən binaya daxil olub arxa qapiya yönəldi. Universitetin əsas binalari və yataxhanasi ümumi həyətə baxdiğina görə Cabbar tezliklə əks tərəfdəki korpusa keçib ordan daimə əlaqə saxladiği insan hüqüqlari təşkilatinin offisinə yetişhəcəyini duşhünürdü.

Cabbarin küçəyə kixmaqla başinin arxasina düşən zərbə gigəlləndirdi. Polis işkiləri onun başinin üstünü kəsib başlarini bulayirdilar. Onlar ətrafdan maraq göstərənlərə onun halinin özündə olmadiğini ve pencəyin cibindən narkotik tapilmasini israr edirdilər.

Polisin özbaşinaliğindan haminin xəbəri olsada, eyni zamanda ölkədə axir zamanlarda açilan reabilitasiya mərkəzlərindəndə hər il minlərlə təzə cavanin müalicə olmasinida hamiya bəlli idi.

Cabbar öz missiyasini yerinə 90 faiz yerinə yetirdiyi üchün ve məhkəmə quruluşunun idarə üsullarindan acaq olduğuna görə, qürurunu sındırmadı və mənasiz yerə müqavimət göstərmədi. O artiq şüurunda və əməlində üsyançi olduğu üçün onu öz millətinin xoşbəxtliyi naminə atacaği addimlarinin arxasinda azad əqidəsinin mövcudluğunu anlayirdi.

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma