HITLERIZM VƏ BİN LADENİZM: SƏBƏB VƏ YAXUD NƏTİCƏ

66 il əvvəl biz Hitler Nazisminə qalib gəlmışık və bu günlərdə biz Bin Ladeni qətlə yetirməyimizi böyük təmtəraqla qeyd etdik. Nəzərə alaq ki, biz insanlar bu tarixi hadisələri bir məqam kimi keçirtməklə özümüz üçün heç bir ibrət dərsi almırıq. Ümumiyyətlə insan yaddaşı faciəli hadisələrin gələgəkdə qarşısını almaq üçün keçmişdəkilər ilə parallel tapmaqda zəifdir. Hitlerin və yaxud Bin Ladenin məhv olunması heç də onları yaradan səbəblərin aradan götürəlməsi deyildir.

Ikinci dünya müharibəsi zamanı Hitlerin Bolşeviklərə qarşı apardığı müharibə zamanı qərb dövlətlərinin gözləmə mövqeyi tutmaları o demək deyildir ki, siyasətçilərin Hitlerin Qestaposunun tutduğu ərazilərdə ki yaratdığı konslagerlərdən xəbərləri yox idi. Sadəcə Sovet İttifaqının apardığı kommunist təbliğatı və onun yayılması daha çox qorxu yaratmışdır. Biz hər il qələbə bayramında Hitler rejimin elədikləri cinayətləri yada salsaqda, o gür məxluqları tarixə gətirən ictimai-siyasi vəziyyətin bu gündə mövcud olmasını nə nəzərə alırıq, nə qarşını.

Bin Laden vaxti ilə qərb dövlətlərinin qəhramını sayılıb. Onun Əfqanıstanda Sovet qoşunlarına qarşı apardığı mübarizə və həyata keçirtdiyi missiya o dərəcədə əhəmiyyətli olub ki, silah və maliyyə əməliyyatlarının çoxunu ərəb dövlətlərinin xeyir-duasi ilə özü şəxsən həyata keçirirdi. Sözsüz Sovet imperiyasının dağılması nə qədər mühüm idisə, sonradan Orta Şərq və Mərkəzi Asiyada yaranan korrupsioner diktatura rejimləri Bin Laden kimi məxluqları, öz fikirlərini insanlar arasında azad bölüşdürməsinə məhdudiyyət qoyulmasına və acıq seçici sisteminin olmamasına görə , zorakılıq üsullarina əl atmasina vadar elədi.

Açıq cəmiyyətlərin diktatura rejimləri ilə rahat dil tapa bilməsi, və xalqa məxsus enerji ehtiyatlarının satilmasından gələn mənfəətlərin hakim qəbilələr tərəfindən mənimsinilməsi və  sadə xalqla bölüşdürülməməsi istər-istəməz Bin Laden kimiləri qəzəbləndirməyə bilməzdi. Əgər inkişaf eləmış dövlətlərin hökümətləri doğrudan bəşəri insan hüquqlarının və demokratik dəyərlərin tək onlara yox həmçinin bütün insanlığa məxsus olduğu qansaydılar, indi bəlkədə tariximizdə bu baş vermiç insan faciələrinin sayı az olardı.

Biz heç gür nə Bin Ladenə, nə Hitlərə və hər hansı başqa insanları qurban verən canilərə haq qazandıra bilmərik. Ancaq bu gün bizim Vətənimizi zorla işğal eləmış və hakimiyyəti ələ keçirmış məxluqlara yox deyə bilməməyimiz və göz yummağımız, sonradan onların yaratdığı zorakılıq mühütində digər yaramaz məxluqların xalq  təlatümi və dəstəyi ilə hakimiyyətə gəlməsi və yaxud ələ keçirməsi nəticəsində xeyli insanın tələf olmasına peşmançılıq hissləri keçirdib təəccüblənməyək.

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma