AZƏRBAYCAN XALQININ İRADƏSİ VƏ GƏNGLƏRİN TƏŞƏBBÜSKARLIĞI

Xarici hadisələrin çoxu bizim iradəmizdən kənardadır və bizim taleyimizin müəyyənləşdirməsinə təsir edir, və biz çox vaxt baş verən hadisələri səssizcə və ehtirassız qəbul edirik. İntəhası fiziki şəxslər kimi biz eyni zamanda öz hərəkətlərimizə görə məsuliyyətdə daşıyırıq. Biz gördüyümüz tədbirləri ciddi mütəşəkkilliklə təhlil  və nəzarət altında saxlamaq qabiliyyəttinə malikıq. Bizim düçar olduğumuz məşəqqətlərin bir hissəsi idarəolunmayan amilləri nəzarət eləməyə  çalışmağımızdan irəli gəlir, və yaxud öz ixtiyarımızda olan imkanlara məhəl qoymamazlıqdandır. Hər bir şəxs bir fərd kimi özünün xoşbəxtliyini təmin eləməklə digər insanlara qayğı göstərə bilsəydi, bu gün biz müvəffəqiyyətsizliklərimizin çoxunu hansısa naməlum konspirasiya nəzəriyyələri ilə yozmazdığ.

Axırıncı aylarda dünyada baş verən hadisələrdə istər-istəməz Azərbaycanda insanların fikirlərini bəlli olmayan duruma yönəltdi. Məsəl var, ayağının altindakı daşı görmürsənsə hər hansı qeyri-adi qüvvələrin dünyamızda baş verən hadisələri idarə etməsinin mövcudluği ilə rahatsız olma. Bu ilin başlaması ilə, Ərəb ölkələrində Xalqların Azadlıq inqilablarını vüsət almağa başladı. Bu inqilabların kökündə duran və Azərbaycanda hər bir insana xas olan  ictimai-iqtisadi amilləri özümüzə daxildə qəbul eləmək əvəzinə, biz euphoriyaya düşdük və hadisələrin cərəyan eləməsinə təsir edən praktik addımları tətbiq eləməyi dayandırdıq.

Cabbarın, Bəxtiyarın və digər igid gənglərimizin etiraz olaraq Azərbaycandakı yaramaz rejimə qarşı atdıqları şəxsi addımlar, və Mart 11 və ondan qabağ gənglərin vərəqələr yaymaqları və bir dəfə divarlarda qraffiti kəçməklərindən sonra təşəbbüskarlıq durğunluğla əvəz olundu. ABŞ səfiri Brayzanın Azad Fikir təhsil mərkəzindəki insan haqları və demokratik dəyərlər vacibliyi haqda ‘odlu-alovlu’ cıxışı nə qədər cazibədar görünsədə, Amerikanın milli maraqlarında bu gənglərin ‘ başının altına yastıq qoymaq’ vasitəsi idi. Sonradan bu adamın böyük təntənə ilə Feysbuk səhifəsini iqtidar yönümlü İrəli təşkilatının qərargahında acılmasını qeyd etdi. Əgər həqiqətən bizim Xalqın Azadlıq diləklərinin həyata keçməsi hər hansı xarici ölkənin nümayəndəsinin özünü indiki ‘hakimiyyətin’ münasibətdə ‘yaxşı polis’ kimi qələmə verməsindən asılıdırsa, onda sual verilə bilər ki, hansı səbəbdən birdən birə neçə illərdir Xalqı vətəndaş cəmiyyətinin inkişafında təmkinli olmağa çağıran Brayza birdən-birə özünü cəfakeş kimi qələmə verməyə calışır.

Bəzi gənglər öz Azadlıq mübarizələrini bloq yaratmaqla, bəziləri feysbukda yazmağla, digərləri daha müxtəlif yaradıcılıq üsullarına əl atırlar. Sadəcə biz gəng nəslin zehin imkanlarına müşahidə etsək görəgəyik ki, onların insanlar üçün icad edilmış axırıncı informasiya texnologiyalarından səmərəli istifadə eləmələri heç də açıq cəmiyyətlərdə yaşayanlardan geri qalmır və hətta bəzi sahələrdə üstələyədə bilir. Bütün bu deyilənləri nəzərə alarağ, biz qətiyyətlə deyə bilərik ki, Insan Azadlığının və Hüquqlarının və hər hansı Demokratic dəyərlərində Azərbaycan Xalqı tərəfindən qondurma səbəblərə görə  yaxın müddətdə qəbul edilə bilməməzliyi və bəzi xarici ‘ziyaliların’, dövlət nümayəndələri daxil olmaqla, Xalqımızı səbrli olmağa, ömürlərinin qalan hissəsinidə kölə kimi yaşhayıb övladlarının nə vaxtsa bu yaramaz rejimin rəhminə gəlməsinə inandırmaqları qərəzkarlıqdır.

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma