AZADLIQ DÜSTURU

Azərbaycanda qorxu və vahimə hissi bir növ süni də olsa ölkədə ‘tarazliq’ yaradıb. Hər bir riyazi tənliyin həlli üşün bir düsturu olduğu kimi, bizim cəmiyyətində bu gür müdhış rəzalətinin çözümü olmasi gərəkdir.

Hətta 19-ci əsrdə köləliyə qarşi mübarizələr baş verəndə, cəmiyyətlərdə olan bərabərsizliyi nizamlamaq üchün insanın Azadlıq dəyərlərinə xas olmayan ünsürlər və amillər aradan qaldırılmalıydı ki, Xalqların inkişaf və tərəqqisi səngiməsin. Əgər hakim qüvvələr ictimai təzyiq altında gündəlik işləyən qanunların hətta dini kitablardada qeyd olunmuş bəşəri əsaslara olan ziddiyyətlərini aradan qaldırmasaydılar, indi biz məzlumlar təkamülümüzün bu günçü nailiyyətlərindən bəhrələnə bilməzdik.

Bizim ölkədə məlum amillər – qorxu, hərislik, biganəlik, yaltaqlıq, rüşvətxorluq, köləlik və itaətkarliq öz naməlum əmsal dərəcələrinə bağlidir. Riyazatda hər bir məsələnin həlli üçhün müəyyən bir düsturlar var və bu düsturlari hec kim təzədən kəşf eləmir, sadəjə naməlumları müəyyən eləməklə mənfi ünsürlər aradan qaldırılır və nəticələrin düzgün alınması  mükəmməlləşdiririlir.

İnsan həyatı bir məcara olduğu ücün, doğulandan süquta qədər nəyəsə nail olmalıdir. Bizim indiki cəmiyyətdə isə yuxarida sadalanan amillər üstünlük təşkil elədiyi ücün ‘hakimiyyət’ hökm sürən acizlikdən istifadə edərək öz vətəndaşlarini alçaldir və onlarin təkamülü ücün tələb olunan qürur və ləyaqət hisslərini məhv eləməyə davam edir.

Bu görsənməyən ‘tarazliği’ pozmadan və milləti daha ağir aqibətə dücar eləmədən bu məsələni həll eləmək olarmi?  Məsələn, qorxu hissini azaltmaqla istər-istəməz insanlarda cəsarəti gügləndirəcək və əks təqdirdə ‘hakimiyyəti’ zorla işğal edənlərdə qorxu artmaği ilə xalq qarsininda nə qədər aciz olduqları əvvəlki ‘quyruq bulamağ cəsarətlərini’  əvəz eləməsi mümkündürmü?

Beyinlərdə olan köləlik şüurunu yaradan tilsim sınsa Azad düşünmək birdən asanlaşar  və ‘hakimiyyətdə’ olanların əslində xalqın qulu olması və iradəsini həyata kecirməkdən bashqa hec bir azadliqi və imtiyazları olmaması gergəkləşər.  Sözsüz, Azərbaycan millətini tələyə salmiş bu tənlik əmin amanliqla həll olunmasa itaətkarliğin itaətsizliklə əvəz olmasına zəruriyyətin güglənməsi  insanlarda fisiki qarşidurmaya gətirəgək, ləyaqətlərini bərpa eləmək üçün fərdi toxunulmazlıqlar güglənəcək  və hüquqi bəraət almamiş ‘hakimiyyət’ öz xalqınin gügü qarşişında itaət və, bəlkədə öz mənəviyyatsızlıqlarını bir daha biruzə vermək üçün xalqa sitayiş eləyib ədalətli məhkəmə hüququndan istifadə eləməyə icazə istəyəcəklər ki, açıq cəmiyyətdə ümüdsüz qalmasınlar.

Biz hər gün dünya ətrafinda bu gür ‘həlli olmayan’ məsələlərin öz həllini tapilmasınin şahidi oluruq və qibtə ilə müşahidə edirik. Bu tarix boyu formasından, millətindən, dinindən, irqindən asılı olmayaraq Azadlıq oyunçuları eyni düsturu müxtəlif tənliklərə tətbiq eləməklə  İnsan dəyərlərinə zidd olan amillərdən özlərini azad ediblər.

Bu bizim üçun bir yuxu olsada, bəlkəde çin çıxdı.

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma