‘İSİNMƏDİK İSTİSİNƏ, KOR OLDUĞ TÜSTÜSÜNƏ’

Keçən il Yer kürəsində hər 4 adamdan biri rüşvət verib, ayrı sözlə əhalinin 25 faizi. Rüşvət vermə hər il bizim yaşayışımıa trillion dollar zərər vurur. Sözsüz vəziyyətin bu gür gərgin olması bizim gündəlik qayğılarımızın yanında qlobal istiləşməni xatırladır. O isinməyi bilmirəm, amma rüşvətə isinməyimiz bizim Xalqımızı təmiz məzlum edib.

http://www.transparency.org/policy_research/surveys_indices/cpi/2010/results

Indiki qanunlara görə həm rüşvət verən və həmdə rüşvət alan yaxalansa(düzdür, çox nadir hallarda) ikisidə cəzalanır. Başqa sözlə, dövlət adamının rüşvət verəni şantaj eləmək üçün həmışə əlində dəlili var. Ona görə korrupsiyanın qarşısının alınması qeyri-mümkündür. Hamı cinayətçardır və iqtisadiyyatın böyük faizi bu sistemin təməlinə söykənib.

Əgər qanunları dəyışıb ancaq rüşvət götürəni, başda ölkənin ‘rəhbərliyi’ olmaq şərti ilə, məsuliyyət daşımağa məcbur eləsək onda vəziyyət tamamilə başqa gür olar. Məsələn, indiki şəraitdə rüşvət verən qorxusundan və özüdə iştirakçı olduğu üçün gedib heç bir məhkəməyə şıkayət eləməyəcək. Amma, qanunları dəyışəndən sonra hətta rüşvəti verən narahat olmadan rüşvətini verəndən sonra gedib şıkayətini eləyə bilər. Rüşvəti alanda biləndə ki, yaxalansa cəzanı rüşvət verənlə bölüşdürməyib, əksinə iki qat cərimə ödəyəcək, onda onun bu riskə getməyə həvəsi azalacaq.

Biz bir Xalq kimi daxildə və xaricdə nüfuzumuzu rüşvət alan və  ‘bəxşış’in bizim mədəniyyətimizin bir hissəsi kimi tanıtdırmışıq. Əgər hər bir insan bizə ləkə gətirən bu damğadan yaxa qurtarmaqla yanaşı öz Azadlığımızıda qazanmaq istəyırsə onda korrupsioner rejimin dağıtmaq üçün gərək müəyyən müddətə rüşvət verməyi dayandırsınlar ki, ‘dövlətin’ bu çirkin iqtisadi dayağı sınsın. Biz öyrəşdiyimiz  iyrənc rahatçılığı pozmaq üçün bu addımı atmağa hazırıqmı?

Ərəb Azadlıq İnqilab küləyi Bakı küləyi kimi boş-boşuna əsmir. Bu küləyin içində insanların arzusunda olduğu dəyərlər var. Əgər rüşvət vermə adətimizi tərqizmək bizə çox əzablı deyilsə, bəlkədə o biri insani dəyərlərimizidə (ləyaqət, vicdan, mənlik və sairə) tez bir zamanda bərpa eləmış olarıq.

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma