BAŞDAŞ VƏ YAXUD İTTİFAQ NƏZƏRİYYƏSİ

“Bilmirsən, Mübarəkin abidəsi yerindədirmi?”

“Bəli, yerindədir. Harda olacaq ki? Özüdə oturmuş vəziyyətdədir”

“Oturmuş, ha. Elə Misirdə otuzdurublar, bəlkədə bir azdan yatızdlrdılar əbədi. Asan iş deyil, gör neçə illərdir Xalqı üçün ürəkdən çalışıb, hətta qoymuyub ki insanlar əziyyət kəçib zehinlərini çalışdırsınlar”

“Yaxşı oldu, bu parkı bizim şəhərdə saldılar. Sabah, bu Ərəb qasırğasıdı ya sunamisidir keçib gedəndə….. Deyirlər, bu qasırğa Katrina kimi çox dağıdıcı olmayacaq. Bilmirəm nə üçün, amma mən hava xəbərlərinə baxanda aparıcı təşvışlə bu haqda danışırdı?”

“Mümkün deyil. Ola bilər eyni hadisələri o qədər çalışıblar yozmağa sən mürgüləmisən və qulağların birini eşidib, gözlərinidə hərdən açıb qırpmısan”

“Hə, nə deyirdim. Bu yel əsib keçəndən sonra…………… Bizdədə elə bu Bakı küləklər şəhəridir. Elədə əsir, belədə. Amma nəsə bu bayrağdan başqa heç nə uçmur? Bəlkə çərpələng şənlikləri keçirtsinlər, uşaqlarda sevinər. Yoxsa, Əfqanıstandakı o uşağlar kimi ildə bir dəfə, olar-olmaz.”

“Onsuzda ölkəmizin dünyada nüfuzunu qaldırmaq üçün təzə bir bayram axtarırıq. Sən sözünü de, dövlətin işlərinə nə üçün qarışırsan? Pul ollarda, güg ollarda, qərarıda verərlər”

“Qoymarsan, fikrimi tamamlıyım. Bu ədalətsizlikdir. Dünyada bir azdan bu diktatorlar qırmızı kitaba düşəgək, bu sayı artan açıq ölkələr……. Bilmirəm, nələri açıqdır. Bir kağız parçasınıda – vizanıda vermək istəmirlər. Ümumiyyətlə, nə istəyirlər bizim milli diktatorlardan. Əgər istəmirlərsə, üzlərinə desinlərdə. Yoxsa biri əlini öpür, o birisi seçki kampaniyasına nəğd pul istəyir, digəri deyir gəl sənin maliyyə hesablarına mən baxım. Çox qəlizdir….”

“Ayıbdır, sənə. Gör hansı şailərə inanırsan. Qırmızı kitab… Hələki təbii sərvətlərimiz var, biz yaşıl kitabda olacayıq. Bəlkə ehtiyatlarımız tükənənəcən artıq yaşıl energimizdə olsun. Gördün İrandada Xalq yaşıl bayrağ qaldırmışdırlar, amma nəsə höküməti qane eləmədi.”

“Olsun yaşıl. Yam-yaşıl. Amma bu diktatorların arasında gərək bir ittifaq olmalıdır kı, çəmənlikdə itib batmasınlar. Müvəqqətidə olsa, məsələn Stalinlə Hitlər kimi. Ən yaxşısi Səudi Ərəbistanı ilə Bəhrein kimi. Bir nəfərdə gözünün üstə qaşın var deyə bilmədi”

“Yaxşı, ay ittifaqkı, de görüm bu qüdrətli Faraonun parkının və abidəsinin Bakıda olmasının nə isti, soyuğu. Birdə, sənin bu dediyin ittifaqçılıq bizdə olan demokratiya kimi hava ilə dolanmır. Ittifaqın şərtləri daha konkretdir və ciddidir. Azad bazarda kimi, hər şey alınıb və satılır. Milli və maddi marağların hər birinin öz qiyməti var.”

“Faraonun Misir kimi qədim mədəniyyəti olan yerdən olması diktatorlar üçün rəmzidir. Sabah təzə ittifaqın nümayəndələri sitayış eləmək üçün yer arayanda Mübarək kimi cəfakeş adam taparlar? Düzdür onun üçün bu bütpərəstliyin elə bir əhəmiyyəti olmayacaq, amma Diktatorlar üçün Mübarəkin heykəli məsələn Amerikanlı üçün Azadlıq heykəlinın olması kimidir”

“Sənin bu dediklərin doğrudanda dərin məna daşıyır. Mən Mübarəkin abidəsinin yerində olub olmadığını başqa səbəbə görə soruşurdum. Bildiyin kimi, Mübarəkin özünü və ailəsini bütün var-dövlətlərini Xalqa bəxş edirlər ‘könüllü’, düzdur əvvəl özləri bəxşış, rüşvət yox, yığırdılar. Bir sözlə, təmiz müflüsləşiblər. Indi bu gün sabah bu yekəlikdə faraon yıxılıb ölsə bəs indi ona bir ailə ikində, bəlkə sən dediyin ittifaqçı diktatorların iştirakı ilə, bir balaca sanballı dəfn eləmək lazımdır. Böyük Faraounun ailəsi bizim kiçik faraonun ailəsindən Mübarəkin abidəsini istəyiblər, başdaşı kimi. Çox təəssüf məqbərə tikmək nəsib olmayacaq, amma Azərbaycan tərəfdən Mübarəkin dəfninə çox yerinə düşmüş hədiyyə olar”

“Bir dəqiqə. Nə boş-boş danışırsan? Baş-daş…… Bu gür tarixi abidəni elə-belə vermək olar. Hər halda onun memarlığına nə qədər əziyyətli iş gedib. Çox nadir incəsənət əsəridir. Bəlkədə dünyanın heç yerində beləsi yoxdur. Heç bizimkinə belə başdaş quran olmayıb. Axı..”

“Saxlaaaa. Nə sarsaqlayırsan. Kimə başdaş? Cikəklənən və iri addımlarla irəliyən Vətənimizin rəhbərliyinə? Kim dedi, abidəni elə-belə verirlər. Sadəcə Misir höküməti üçün bu ən ucuz və az maliiyə tələb edən seçimidir. Artıq abidə və onun yerləşdiyi torpağı daha yaxşı qiymətə bazara qoyublar. Hər halda əmlakı alan özünü xoşbəxt hiss edir ki, hamının beynini xarab edəcək. Səndə deyirsən havayı. Dedim axı, diktatorların ittifaqı hansı dünyada olmasından asılı olmayaraq maddi dəyərlərə söykənir”

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma