ŞƏXSİ AZADLIQ VƏ ONUN CƏMİYYƏTDƏ ƏKSİ

Erik Börn Kanada psixoloqu olduğu üçün söylədiyi fikirlər daha çox inkişaf elədiyi ölkələrdə yaşayan insanları müşahidə eləməyin nəticəsi ola bilər. Bu ölkələrdə cəmiyyət fərdçiliyin üzərində qurulduğuna görə Əsas Qanunların xalqa verdiyi Azadlıqlardan kiminsə istifadə edib, sonradan ondan qazandığı nailiyyətlərin bəhrəsini ancaq özünə şamil eləməsi müəyyən müddətdən sonra həmin mühitdə bu gür insanlarının sayının azalmasına və mərkəzi hökümətin güglənməsi yenidən cəmiyyəti bəzi azadlıqlardan məhrum edəcək. Ona görə qərb ölkələrində artıq öz zəhməti ilə tanınan insanların yaratdiqları xeyirxahlıq fondları və təşkilatları dövlət məmurlarının xalqa bürokratik zülmünün (məsələn vercinin artırılması) qarşısını almaqla daha çox insanın onlara verilmış Azadlıqlardan səmərəli istifadə eləyib təşəbbüskar olmasına çalışırlar.

Azərbaycan kimi ölkələrdə şəxsiyyətin azadlığı olmayan yerdə bünövrəsi insanlara tam aydın olmayan milli, dini və sairə ideolociyaların xalqın şüurunun zəif olmasından istifadə edib naməlum istiqamətə yönəldir. Şəxsi Azadlıq və insanları birləşdirən amillər ancaq bütün cəmiyyəti birləşdirə bilər. Ona görə birinci növbədə fərdi maraqlar – şəxsi mülkiyyətin toxunulmamazlığı, şəxsiyyətin həyatının təhlükədə olmaması əgər digərlərinə təhlükə yaratmırsa, şəxsiyyətin azad düşünməsi və qərar verə bilməsi, səs vermə hüququnun pozulmaması, şəxsi əmlakını almaq, satmaq dövlətin maneəçiliyi olmadan və sairə. Hər bir insan birinci Azadlığın şəxsən özü üçün nədən ibarət olduğunu dərk eləməsə və biz hər hansı ideolociyanı götürüb onun əsasında şəxsi azadlqları nəzərə almadan şüarlar söyləməyi divam etsək heç bir insan bundan mənfəətlənə bilməyəcək. Ona görə qanunsuzluq hökm sürən ölkələrdə əgər kimsə öz maddi Azadlığını təmin etmək üçün  cəngəllik qaydalarını tətbiqi ilə nə isə qazanırsa, onların bu Azadlıqlarının hamı ilə bölüşdürməməsi və yaxud hamı üçün tələb eləməməsində qeyri adi heçnə yoxdur.

 

Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın