INSAN HƏYATININ DƏYƏRİ, YOXSA İNSANİ DƏYƏRLƏR ÖLKƏNİN İFLASİ FONUNDA

2008-ci ildə Amerikan höküməti bəzi şırkətləri çox iri olduqları üçün müflis olmaqdan xilas elədi. Bu gün də ABŞ-in Ərəb ölkələrində baş verən inqılablarada eyni prinsiplə yanaşması və götür-goy eləməsi siyasi mövqesində inamsızlıqdan irəli gəlir. Əgər Suriya məsələsində Obama höküməti qətiyyətsizlik göstərib Əsəd ailəsinin yaratdığı rejimin iflas olmasını onun nəhəngliyinə görə mümkün olmadığına qərar versə və törədilmış insan qırğınınına görə Beynəlxalq Cinayətkarlar Məhkəməsində cavab verməsinə israr eləməsə və əksinə əlaqələri möhkəmləndirməyə çalışsa bu bir daha Amerikanın xarici siyasətinin nə qədər riyakar olduğunu göstərəcək.

Hadisələrin bu ssenari ilə cərəyan eləməsi Azərbaycan kimi dictator rejimlərində insanlara qarşı törədilə biləcək zülmlərə hər hansı bir yuxarı sərhəd yaradacağ ki, bu gür məzlum ölkələri idarə edərən məxluqlar cəza almaqdan qaça biləgəklər. Doğrudanda biz insanların həyat dəyəri daha çox bizim hansi üsul-idarə sistemində yaşamağımızla qiymətləndirilir? Azərbaycan Xalqının taleyi hansı varlık dəyərləri ilə ölçülür: strateji təbii ehtiyatların qalıq dəyərləri ilə yoxsa kasadlaşmış insan dəyərləri ilə?

Uncategorized Kateqoriya: | Bir şərh yazın

HITLERIZM VƏ BİN LADENİZM: SƏBƏB VƏ YAXUD NƏTİCƏ

66 il əvvəl biz Hitler Nazisminə qalib gəlmışık və bu günlərdə biz Bin Ladeni qətlə yetirməyimizi böyük təmtəraqla qeyd etdik. Nəzərə alaq ki, biz insanlar bu tarixi hadisələri bir məqam kimi keçirtməklə özümüz üçün heç bir ibrət dərsi almırıq. Ümumiyyətlə insan yaddaşı faciəli hadisələrin gələgəkdə qarşısını almaq üçün keçmişdəkilər ilə parallel tapmaqda zəifdir. Hitlerin və yaxud Bin Ladenin məhv olunması heç də onları yaradan səbəblərin aradan götürəlməsi deyildir.

Ikinci dünya müharibəsi zamanı Hitlerin Bolşeviklərə qarşı apardığı müharibə zamanı qərb dövlətlərinin gözləmə mövqeyi tutmaları o demək deyildir ki, siyasətçilərin Hitlerin Qestaposunun tutduğu ərazilərdə ki yaratdığı konslagerlərdən xəbərləri yox idi. Sadəcə Sovet İttifaqının apardığı kommunist təbliğatı və onun yayılması daha çox qorxu yaratmışdır. Biz hər il qələbə bayramında Hitler rejimin elədikləri cinayətləri yada salsaqda, o gür məxluqları tarixə gətirən ictimai-siyasi vəziyyətin bu gündə mövcud olmasını nə nəzərə alırıq, nə qarşını.

Bin Laden vaxti ilə qərb dövlətlərinin qəhramını sayılıb. Onun Əfqanıstanda Sovet qoşunlarına qarşı apardığı mübarizə və həyata keçirtdiyi missiya o dərəcədə əhəmiyyətli olub ki, silah və maliyyə əməliyyatlarının çoxunu ərəb dövlətlərinin xeyir-duasi ilə özü şəxsən həyata keçirirdi. Sözsüz Sovet imperiyasının dağılması nə qədər mühüm idisə, sonradan Orta Şərq və Mərkəzi Asiyada yaranan korrupsioner diktatura rejimləri Bin Laden kimi məxluqları, öz fikirlərini insanlar arasında azad bölüşdürməsinə məhdudiyyət qoyulmasına və acıq seçici sisteminin olmamasına görə , zorakılıq üsullarina əl atmasina vadar elədi.

Açıq cəmiyyətlərin diktatura rejimləri ilə rahat dil tapa bilməsi, və xalqa məxsus enerji ehtiyatlarının satilmasından gələn mənfəətlərin hakim qəbilələr tərəfindən mənimsinilməsi və  sadə xalqla bölüşdürülməməsi istər-istəməz Bin Laden kimiləri qəzəbləndirməyə bilməzdi. Əgər inkişaf eləmış dövlətlərin hökümətləri doğrudan bəşəri insan hüquqlarının və demokratik dəyərlərin tək onlara yox həmçinin bütün insanlığa məxsus olduğu qansaydılar, indi bəlkədə tariximizdə bu baş vermiç insan faciələrinin sayı az olardı.

Biz heç gür nə Bin Ladenə, nə Hitlərə və hər hansı başqa insanları qurban verən canilərə haq qazandıra bilmərik. Ancaq bu gün bizim Vətənimizi zorla işğal eləmış və hakimiyyəti ələ keçirmış məxluqlara yox deyə bilməməyimiz və göz yummağımız, sonradan onların yaratdığı zorakılıq mühütində digər yaramaz məxluqların xalq  təlatümi və dəstəyi ilə hakimiyyətə gəlməsi və yaxud ələ keçirməsi nəticəsində xeyli insanın tələf olmasına peşmançılıq hissləri keçirdib təəccüblənməyək.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

CABBARIN ƏQİDƏSİ

Artıq neçə gün idi ki, Cabbar öz doğma məktəbinin qarşısinda müşahıdə edirdi. Artiq iki ildən artıq vaxt ərzində, onu narahat edən bəzi məsələlər dinc qoymurdu. Onun uşaqlıqda bir yerdə böyümüşh və orta məktəb illərini bir yerdə təhsil almiş iki dostunun ağ zəhərə qurşanması və ailələrini dolandirmaqla birgə özlərinində daxıli tələbatlarını doydura bilməq üçün bu zəhəri başqa yeniyetmələrə satmaqlari əvvəl-axır onları məhv eləyəgəklərəni dərk edirdi.

Sözsüz məktəblərdə narkotikin açıq şəkildə tələbələrə paylanmasına direktorun göz yunması onda uzun müddətdır şübhə yaratmışdır. O hətta dostlarından gördükləri bu işə nə qədər nifrət etdiklərini dəfələrlə eşitmişdi.

Cabbar onların danışıqlarına diqqətlə dinləyəndən sonra, özüdə dostlarınin xilasi üçhün çarə tapmaqa çalışmışdı. Amma artıq bu satış şəbəkəsində piyada rolunu oynadıqları üçhün və direktorun hədə-qorxuları onları asılı vəziyyətə salmışdır.

Bu yaradılmış sistəmdə müxtəlif nazirliklərin payları olduğu halda, ali məktəblərdən tutmuş ibtidai siniflərə qədər bütün müdiriyyətlərə çox ‘cüzi’ miqdar gəlib çatirdı. Nisbətən az olsada beş rəqəmli aylıq gəlir onların gözlərini doydurmurdu.

Uşaqların boynuna düşən öhdəlik isə aydan-aya artır, özlərinə qalan gəlir isə heç ehtiraslarinida qapamırdı. Bir neçə il bundan əvvəl bu zəhrimara qurşanmaları onları indi əl-ayaqlarəı bağlı asılı vəziyyətə salmişdı.

Cabbar isə dostlarinı bu mütəşəkkil cinayətə birləşdirən rabitənin hansi vasitələrlə işləməsini artıq dərindən bilirdi. Onları düşdukləri tələdən çıxartmaq böyük cəsarət tələb edirdi.

Azərbaycanin narkotik koridoru kimi istifadə olunması hamiya məlum olsada, ‘dövlət’ inhisarı və adları kəçilməyən “rütbəli şəxslərin” himayəçiliyi öz millətinə nifrət edənlərə milyardlarla xeyir gətirən sahə hətta İnterpolda girişə bilmirdi. ‘Hakimiyyətin’ bu təşkilatda ki nümayəndəsi öz adamlari olduğuna görə Cabbarin ümüdü xarici səfirliklərin nəzdində olan və yaxud Qərbin təzyiqi ilə yaradilmış ictimai mərkəzlər idi.

Onları ifadə vərmək uçün razi salmaq Cabbardan inadkarlıq teləb edirdi. Ağlina gəlmirdi ki, onun maraq göstərməyini və dostlarini azda olsa razi sala bilməsi artiq onlarin sadəlövhlüyünə görə mafiyanin aşaği rütbəli nəzaretçilərin diqqetini cəlb eləmişdir.

Nazirliklərin işkilərinin böyuk qismi vəzifə və məsuliyyətləri ilə yox, “dövlət” sahibkarlarinin əmrlərini yetirdikləri üçün ölkədə artiq kirkin yolla pul qazanmaq daha mütəşəkkil təşkil olunmuşdu neinki insanlara tələb olunan xidmətlər. Sərhəd rayonlarinda qaz və elektrik olmasada, yaz gələndə aran torpağlari sel aparanda yardim olmasada ağ tozun paylaşdirilmasinda fasilə olmurdu.

Təzəlikcə əldə etdiyi digital foto aparati və çipin yaddaşi onda özünə etimadi qaldirmişdi. Böyük zəhmətlə topladiği məlumatlari artiq inandiği xarici dostu vasitəsi ilə bir surətini elektron poçtla ona göndermiş, eyni nüsxesinidə internetdə olan pullu xidmət serverin hafizəsinə yerleşdirmişdir.

Yeganə dostlarinin şifahi ifadələri yiğilmiş kompromatlari tamamliyırdi. Təəssüf ki, uşaqlarin başina gələgək bədbəxt hadisə gözlənilməz oldu.

Səhərisi ayağla universitetə gedərkən həmişhə kimi qisa dalğada Azadlıq radiosuna qulaq asarken, xəbərlər iki cavanin özlərinə sui-qəsd edərək həyatlarini facieli bitirdiklərini söylədi. Cabbar hər gün bu gür hadisələrin bir normalliqa çevrildiyi ücün, bu quraşdirdiği işdə nəyəsə nail olacagina, məktəblilərin həyatina qisaldan keyfiyyətsiz və tərkibində kimyəvi maddələrlə doldurulmuş narkotikin qarşisini alacağina inami ilə toxtaxliq verirdi.

Ondan orta məktəbdə oxumuş bəzi sinif yoldaşlari universitətin girişində toplaşib ne haqdasa sakit səslə danişirdilar. Onun yaxinlaşmasini görəndə biri ayrılib ona yaxınlaşdi və kədərlə baş vermiş hadisənin təfsilatini danişdi.

Cabbar daxildən iztirab keçirsədə, zehnində iki dostunun aqibətinin necə olduğunu təsəvvür etdi. Onlarin qaninda yuxari doza kokain ve heroinin olmasi onda şübhəni artırdi. Dostlarinin artiq dozada güglü narkotik qəbul elemələri ağlasiğmaz idi.

Əgər onlari qətlə yetiriblərsə, onunda aradan götürülmə plani artiq nəzərə alinib. Cabbar əvvəlcədən işlərini ehtiyatli qursada, ikərisində olan təlatüm və intiqam hissi onun fikirlərini qarişdirirdi.

O heç bir zahiri həyəcan göstərmədən binaya daxil olub arxa qapiya yönəldi. Universitetin əsas binalari və yataxhanasi ümumi həyətə baxdiğina görə Cabbar tezliklə əks tərəfdəki korpusa keçib ordan daimə əlaqə saxladiği insan hüqüqlari təşkilatinin offisinə yetişhəcəyini duşhünürdü.

Cabbarin küçəyə kixmaqla başinin arxasina düşən zərbə gigəlləndirdi. Polis işkiləri onun başinin üstünü kəsib başlarini bulayirdilar. Onlar ətrafdan maraq göstərənlərə onun halinin özündə olmadiğini ve pencəyin cibindən narkotik tapilmasini israr edirdilər.

Polisin özbaşinaliğindan haminin xəbəri olsada, eyni zamanda ölkədə axir zamanlarda açilan reabilitasiya mərkəzlərindəndə hər il minlərlə təzə cavanin müalicə olmasinida hamiya bəlli idi.

Cabbar öz missiyasini yerinə 90 faiz yerinə yetirdiyi üchün ve məhkəmə quruluşunun idarə üsullarindan acaq olduğuna görə, qürurunu sındırmadı və mənasiz yerə müqavimət göstərmədi. O artiq şüurunda və əməlində üsyançi olduğu üçün onu öz millətinin xoşbəxtliyi naminə atacaği addimlarinin arxasinda azad əqidəsinin mövcudluğunu anlayirdi.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

AZƏRBAYCAN VƏ PKK MÜLAHİZƏLƏRİ

Artığ neçə illərdir ki, Türkiyə dövləti Azərbaycandan öz milli maraqlarina görə PKK-ni terrorist təşkilatı kimi qəbul edilməsinə işarə vurur. Ancaq buna baxmayaraq, Azərbaycan ‘dövləti’ bu məsələni gündəmə qaldirmir və PKK-ni Azərbaycan xalqi üçün təhlükə saymir. Egər ‘Milli Məglis’ açıq seçimlə olsa idi, düşünmək olardi ki bəlkə  PKK-nin mövcudluğu bizim millətə nə isti nə soyuğu var. Azərbaycanin korrupsiya içində çapalayan mövqesizliyini nəzərə alsaq, ölkədə bütün göstərişlərin hardan gəldiyini hami gözəl bilir. İki sual üzə çıxır: Azərbaycan ‘rəhbərliyinin’ PKK-ya nə yardimi dəyir, və yaxud PKK-nin bizim yuxaridaki məxluqlara nə xidmətlər verir və bu elaqələr qarşıliqlıdirmi? Sözsüz açıq cəmiyyətimiz olmadiği ücün və dəlil-sübutun bizə məlum olmasada lazim olan kəşfiyyat orqanlarina bəlli olmağini nəzərə alaraq məntiqli fikirlər yürütmək olar.

Hər bir qeyri-stabil rejim öz dayaqlarini qorumaq üçün və lazim olanda muzdlu əsgərlərin ehtiyatda olmasi əlverişli olduğu ücün, bu gür döyüşkülərin aldiqlari maliyyədən başqa şikəst elədiyi insanlara qarşi heç bir hissiyyati olmadiğina görə, istənilən vaxt ehtiyat qüvvə kimi tələb olunub ‘sabitliyi’ bərpa edə bilə bilərlər. Mümkündür ki, bu başkəsənlərin əynində olan geyim, əllərində olan silah-sursat, gördüyü təlimə və quldurluğa görə aldıği məvacib Azərbaycan xalqanin boğasindan ginayət yolu ilə kəsilmiş maddi imkanlardir. Əgər bu bir həqiqətdirsə, gör Azərbaycan torpağini özəlləşdirmiş bu məxluqlar öz xalqina nə qədər nifrət edirlər.

PKK-nin narkotik üzrə böyük şəbəkəsi olan təşkilat olmasi və öz terror planlarinin böyuk hissəsini bu bizneslə maliyyələşdirməsi məlum məsələdir. Yuxarida yazilanlari nəzərə alsaq, bu mütəşəkkil cinayətlə məşğul olan təşkilata Azərbaycanda bu gür ‘idarəçiliyi’ olan və bir balaca qorxuya düşəndə şəxsi silah dəstələrinə əl atan, eyni vaxtdada ordusunun əsgərlərinin bəlkədə dünyada ən az döyüş aparmaq qabiliyyətinə malik olmasini bilərək, nə qədər çətindi şantaj yoluyla məcbur eləsin ki narkotiki həm Azərbaycan daxilində və həmdə torpaqlarimizdan bir dəhliz kimi istifadə eləyib başqa ölkələrə ixrac eləsinlər. ‘Hakimiyyəti’ zorla ələ keçirən bir qrup banditin Azərbaycan soymaqdan əlavə həmdə gələgək nəslidə zəhərləməsi bütün hüdudlari aşır.

Egər bütün bu mülahizələr bir fərziyyədirsə, nə üçün yuxarida oturan və xalqin qanina susamiş bu cəlladlarin hər bir addimi o biri ölkələrdə millətə əzab, işgəngə və qanini küçələrə tökən qəssablarin hərəkətinə oxşayir. Onlarin məqsədi PKK vasitəsi ilə Azərbaycan millətini dilənçi vəziyyətinə salıb və öz gələgəyinə ümüdsüzləşdirməkdirsə, onda artıq Azərbaycan milləti öz mənliyini və şərəfini bərpa eləmək üçün ölüm-dirim döyüşünə girməyə məcburdur.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

BƏXTİYARIN AZAD ÜRƏYİ

Bədənində olan ağrılarin şiddətinin səbəbinə tez-tez huşunu itirdiyi üçhün Bəxtiyar nə qədər vaxt keçdiyini müəyyənləşdirə bilmirdi. Bu nəmişlikdən divarlari kif basmış və saralmış zindanin hansi polis bölməsinin ve dövlət idarəsinə məxsus olmasi onun üçhün elə bir fərq eləmirdi.

Axir zamanlar onun fəal olmasinı izləyən ‘dövlət’ xəfiyyələrinin diqqətini cəlb eləməsi, dinc nümayişin təşkilatçilarinin nə sıxıntilara və cəzalara  məruz qalacağina qabağcadan hiss edirdi. Əvvllərdə onun  ‘hakim’ orqanlar tərəfindən saxlanilmasi bir növ adi hala çevrildiyi üçün o bilirdi ki, rəsmi vəzifələrindən başqa qarətlə yığdiği var-dövlətlərinin üstündə əsən ‘dövlət’ məmurlari öz sahiblərinin ehtiraslari qane etmək üçün istənilən əxlaqsız vasitələrdən istifadə edə bilərlər.

Özünün və həmvətənlərinin Azadliğinin həyata keçirilməsi arzusu onu rahat buraxmirdi. O bilirdi ki, insan həyata bir dəfə gəldiyi üçün, ömrü boyu boğazinda ‘buxovla’ yaşamağin mənasi yoxdur.

Hindistanin Azadliğinin esasini qoyan Qandinin dinc nümayiş təşkil eləmək qabiliyyəti onu həmişə cəlb eləmişdi. Qandinin bütün insanlara arzu etdiyi Azadliq ruhunun zor gügü ilə yox, daha çox dinc həmrəylik yolu ilə nail olmasi Bəxtiyara həyatda Azadliq nəfəsinin dərindən almasina ehtiyaci daha da gügləndirmişdi.

Qarşida gələn yaz (Novruz) bayramı ərəfəsində xalqinin bu milli günü bütün dünyani bürümüş Azadliq ehval-ruhiyyəsindən pay düşməsi cox gözəl hədiyyə olardi. Baş verəcək hadisələrin hər an Azərbaycandada püskürə biləcəyini artiq hami hiss edirdi.

Millətə qarşi zor işlətməyə məcbur olan ‘təhlükəzlik’ qüvvələrinin bu ‘vəzifələrini’ canla-başla yerinə yetirmələrinə baxmayaraq, Bəxtiyar onlarında sadə insan və ailəli olduqlarini anlayirdi. Ancaq bütün bu eybəcər sistem bir piramidaya bənzədiyi ücün və dayağlarin yerindən oynadiği zaman xalqin əziləcəyi onu rahat buraxmirdi.

Xəyalindan kecən bu fikirləri yadina saldiqca onu artiq bu gördüyü işdə ölüm təhlükəsidə susdura bilməzdi. Birdən sağ tərəfdən ona dəyən ağir dəmir zərbəsindən səksənib gözlərini açib polis zabitinin üzünə gülümsədi.

Polis işkisinin əlindəki ağir ‘beysbol’ dəmirini qaldırib ona birdə vurmağ istəyəndə Bəxtiyar ondan bu idman avadanliğinin hansi ölkədən gəldiyini zəif səslə partlamiş dodaqlarinin ağrisina dözərək soruşdu. Polis onun bu sualinin özünə qarşi ələ-salmaq kimi qəbul edib dəmir parçasini bütün ağirliği ilə onun ayağlarina endirdi.

Bəxtiyarin üzündəki iztirabli ağrilarin kəskinliyi boynunun şişmiş damarlarindanda hiss olunurdu. Ancaq fikrini tamamlamaq üçün göz pərdələrini zorla qaldirıb pıcıltı ilə beysbolun Amerikan idman növü olduğunu, ağır dəmirin topu vurmağ üçün istifadə olunmasini deyərkən boğasindan xırıltılı gülməyə oxşar səs gəldi: “Amerikan xalqi bilsəydi ki, Quantonomodan başqa daha hansı Amerikan mədıniyyəti ilə yaradilmış idman avadanliği ilə də insanlara işgəncə vermək olarmış.”

Qarşisindakinin səbrinin tükənib bir də dəmiri qaldiranda, Bəxtiyar özündən asili olmayaraq ağridan gözlərindən gələn yaşlarin arxasindan ondan ailəsinin və övladlarinin olmasini soruşdu. Zabitin ona toxunulacaq belə bir sualin verilməsindən duruxsada eyni zamanda soyuqqanliğini itirməmək üçün əlini qayışinin üstündə yerləşmiş qobura atib silahini çixartdi.

“Sən məni ələ salmağin bəs deyil, hələ bir ailəmə sataşmaq istəyirsən. Mən sənin başınıda kəsərəm, heç ufda demərəm. Sən düşünürsən sənin bu cılız həyatin kiməsə lazımdir. Nə Azadliq aşiqi olmusan, sənin ağlin gedib öz Amerikana, niyə qaxilib qalmirdin orda? Səs küy salmısiz, demorkratiya belə oldu elə oldu, nefti alirda Amerika, niyə sənin kimisini göndərib ara qatır. Sənin kimisinə görə indi yuxarida olanlarda məcbur rüşvətə qarşi mübarizə aparanda, elə bilirsən bizim üçün yaxşi olur. Qoymassiz nəfəs alaq, başa düş öz havalanmış qafanla, biz artiq buna öyrəşmişiq.”

Bəxtiyar əlini qaldirib onun əlindəki silahin lüləsini ehtiyatla ürəyinin başina yaxinlaşdirdi. Sonra söylədiyi sözlər artiq onun sarsılmış vügudunun bütün qüvvəsinə ehtiyac duyurdu. “Sən əgər fikirləşirsən ki, sağ qalmaq  intuisasi ilə yaşamaq bizə layiqdirsə, onda bizim heyvandan fərqimiz nədir? Sən əgər özünü və ailəni insanliq hüquqlarindan məhrum olmasini təbii sayirsansa, onda o tətiyi kəç və məni sənin ücün qorxulu olan ayri canli növ kimi məhv elə. ‘Olum, ya ölüm’ mənim şəxsi və xalqin Azadliği üçün nə qədər mühümdürsə, bəlkədə sənin üçün mənim mövcud olmamağim daha sərfəlidir. Kəc tətiyi, boşalt güllələri vücudima və qoy hirsin soyusun!”

Polisin əllərinin əsərək qorxa-qorxa silahi Bəxtiyarin köksündən uzaqlaşdirib zəhərli bir ilan kimi qirağa atib, dərindən nəfəs alıb soyuq tərin alnini basmasi ilə onu birdən əsəbi ağlamağ tutdu. Birdən-birə öz ləyaqətinin və şərəfinin bu alçaq rejim tərəfindən alçaldilmasini oz emosiyasinda hiss eləməye başladi. Özünün tilsimdən çıxmış kimi zindanda nə etdiyini, və qarşisindaki bu gəngin niyə qan içində olduğunu dərk eləməyə çalışdi. Doğrudanda, Azadliq bu qədər şirindir ki, Bəxtiyar və onun kimi cavanlar özlərinin həyatlarini qurban verməyə hazirdirlar.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

AZADLIQ MƏSLƏKİ HƏR BİR ZAMAN

1961-ci ildə 400 nəfərdən çox qara və ağ Amerikanlı öz həyatlarını təhlükə altına qoyaraq ayrı-seçkiliyə etiraz olaraq birləşib avtobuslarda Cənub Ştatların ərazilərinə səyahət etmışdilər. Onlar kəskin təhqirlər və fisiki zorakılıqlarla qatlaşmışdılar və həbs olunmuşdular, bütün iztirablara və təzyiqlərə baxmayaraq onlar prezidentin və xaıqın diqqətini  ölkəni usandırmış ədalətsizliyə yönəldə bilmışlər.

Bu hadisələrdən artıq 50 il keçir. O vaxt artıq Amerikada quldarlığ ləğv edilmış, qadınlar səs vermə hüquqlarını qazanmışdılar və ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət təşkilatlarının calışma mexanizmlərinin təkamülinin təməli qoyulmuşdu. Bütün bunlara baxmayaraq 400 Amerikanlının birləşib (ölkədəki əhalinin sayını nəzərə alsaq) Azadlığın hər bir insana aid olmamasına qarşı  etirazlarını öz simalarında və təcrübələrində göztərmələri Vətəndaş Azadlığı tarixində mühüm yer tutur.

Bu gün Azərbaycanda bizim gənglərin öz həyatlarını təhlükə altına qoyub Xalqı Azadlıq mübarizəsinə səsləmələri onların yenilməzliyini göstərir.  Əgər Azərbaycan xalqı 20 il əvvəl əldə etdiyi İstiqlaliyyətini və qisa müddətdə itirdiyi Vətəndaş Azadlığını öz hüquqlarını bərpa etmək  və yeni nəslin döyünən ürəklərində olan arzularınin həyata keçməsi naminə birləşə bilmirsə, onda biz ‘dövlətimizi’ işğal edənlərdən Azad eləmədən torpağlarımızı yad elli İşğalçılardan necə Azad eləyəcəyik.

İnsan həyatı bəşəriyyət kimi əbədi deyildir. Biz şüurumuzda qəbul emək və fiziki faydalanmaq istədiyimiz Azadlıq həyat sürdüyümüz dövrdə əldə olunmalıdır. Biz Azadlığ məsləkimizi nə vaxtsa Xeyir və Şərin döyüşüb və Xeyrin qələbə çalması nağlına kevirməklə özümüzə təsəlli verib, artıq Tanrı tərəfindən məhdudlaşdırılmış həyat dövrümüzün Azadlığını hansısa məxluqlar tərəfindən dahada məhdudlaşdırılmasına yol verməməliyik.

Uncategorized Kateqoriya: | Bir şərh yazın